Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Zəbur 22:27
    Müqəddəs Kitab
    • 27 Dünyanın ucqarları Yehovanı yada salacaq, Ona tərəf dönəcək.

      Bütün xalqlar nəsilbənəsil Sənə səcdə qılacaq.+

  • Əşiya 2:2, 3
    Müqəddəs Kitab
    •  2 Zamanın sonunda

      Yehovanın evinin durduğu dağ

      Dağlardan uca bərqərar olacaq,+

      Təpələrdən yuxarı ucalacaq,

      Bütün xalqlar ona sarı axışacaq.+

       3 Çox ümmətlər gəlib deyəcək:

      «Gəlin Yehovanın dağına,

      Yaqubun Allahının evinə qalxaq.+

      O, bizə yolunu öyrətsin,

      Biz də Onun yolu ilə yeriyək».+

      Çünki qanun Siondan,

      Yehovanın sözü Yerusəlimdən çıxacaq.+

  • Əşiya 11:10
    Müqəddəs Kitab
    • 10 O gün Yəssənin kökü+ xalqlar üçün nişan kimi duracaq.+

      Xalqlar məsləhət üçün onun yanına gələcək,+

      Onun məkanı əzəmətli olacaq.

  • Əşiya 55:5
    Müqəddəs Kitab
    •  5 Budur! Sən tanımadığın xalqı çağıracaqsan.

      Xalqın içindən səni tanımayanlar Allahın Yehovanın+,

      İsrailin Müqəddəsinin xatirinə qaça-qaça yanına gələcək.

      Çünki O, səni şan-şöhrətə yüksəldəcək.+

  • Əşiya 60:3
    Müqəddəs Kitab
    •  3 Xalqlar nuruna doğru gələcək,+

      Hökmdarlar+ parlayan ehtişamına doğru addımlayacaq.+

  • Huşə 1:10
    Müqəddəs Kitab
    • 10 İsrail oğulları ölçüyə, saya-hesaba gəlməyən dəniz qumu kimi olacaq.+ Harada ki onlara “xalqım deyilsiniz”+ deyilmişdi, orada onlara “var olan Allahın oğulları” deyiləcək.+

  • Mikə 4:2
    Müqəddəs Kitab
    •  2 Çox xalqlar gəlib deyəcək:

      «Gəlin Yehovanın dağına,

      Yaqubun Allahının evinə qalxaq,+

      O, bizə yolunu öyrətsin,

      Biz də Onun yolu ilə yeriyək».

      Çünki qanun Siondan,

      Yehovanın sözü Yerusəlimdən çıxacaq.

  • Həqqay 2:7
    Müqəddəs Kitab
    • 7 “Bütün xalqları silkələyəcəyəm. Xalqların ləl-cəvahiri gələcək+ və Mən bu evi əzəmətlə dolduracağam”,+ — deyir ordular Allahı Yehova.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş