11 Həmin gün çoxlu xalqlar Yehovanın ətəyindən yapışacaq+ və Mənim ümmətim olacaq. Mən sizin aranızda məskən salacağam». Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib.
9 Sonra baxdım və budur: hər xalqa, hər tayfaya, hər ümmətə və hər dilə mənsub adamlardan ibarət,+ heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham. Onlar əyinlərində ağ libas,+ əllərində xurma budaqları taxtın və Quzunun qarşısında durmuşdular.+
6 Sonra göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə yer üzünün sakinlərinə — hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün əbədi müjdə vardı.+