-
Luka 11:9—13Müqəddəs Kitab
-
-
9 Beləliklə, durmadan diləyin,+ sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün, sizə açacaqlar.+ 10 Çünki diləyən istədiyini alır,+ axtaran tapır və qapını döyənə açırlar. 11 Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu balıq istəyəndə balıq əvəzinə ona ilan versin?+ 12 Yaxud yumurta istəyəndə ona əqrəb versin? 13 Beləliklə, əgər siz pis olduğunuz halda, uşaqlarınıza yaxşı şeylər verə bilirsinizsə, məgər göydəki Ata Ondan istəyənlərə müqəddəs ruh verməyəcək?»+
-