-
Qanunun təkrarı 24:14, 15Müqəddəs Kitab
-
-
14 Dara düşən yoxsul muzduru aldatmayın, istər soydaşınız olsun, istərsə də ölkənizdə, şəhərlərinizdə yaşayan yadelli.+ 15 Onun haqqını elə həmin gün, gün batmamışdan əvvəl verin,+ çünki ehtiyac içindədir, gözünü zəhmət haqqına dikib. Əks təqdirdə, o, sizin əlinizdən Yehovaya fəryad edər və siz günahkar sayılarsınız.+
-