-
Mətta 16:21Müqəddəs Kitab
-
-
21 O vaxtdan etibarən, İsa Yerusəlimə gedəcəyini, ağsaqqallar, böyük kahinlər və mirzələr tərəfindən əzab çəkəcəyini, öldürüləcəyini və üçüncü gündə diriləcəyini şagirdlərinə başa salmağa başladı.+
-
-
Mark 10:33, 34Müqəddəs Kitab
-
-
33 «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək, onlar insan Oğlunu ölümə məhkum edəcək və başqa xalqlardan olan adamlara təslim edəcəklər. 34 Onlar da insan Oğlunu lağa qoyacaq, üzünə tüpürəcək, qamçılayacaq və öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək».+
-