-
Mark 12:1—9Müqəddəs Kitab
-
-
12 İsa sözünə məsəllərlə davam etdi: «Bir adam üzüm bağı saldı.+ Bağı çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi+ və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı.+ 2 Məhsul yığımı mövsümündə o, öz nökərini göndərdi ki, bağbanlar ona bağın barından versinlər. 3 Bağbanlar isə nökəri qamarlayıb döydülər və əliboş geri qaytardılar. 4 Bağın sahibi onların yanına başqa bir nökər göndərdi, lakin bağbanlar onun başını yardılar, onu alçaltdılar.+ 5 O, bir nökərini də göndərdi, bağbanlar onu öldürdülər. Bağ sahibi ora çoxlu nökər göndərdi, lakin bağbanlar bəzilərini döydülər, bəzilərini öldürdülər. 6 Bağ sahibinin bir sevimli oğlu+ var idi. O: “Oğluma hörmətlə yanaşarlar”, — deyib lap axırda bağbanların yanına oğlunu göndərdi. 7 Ancaq bağbanlar bir-birilərinə dedilər: “Bu varisdir.+ Gəlin onu öldürək, miras bizim olsun”. 8 Bağbanlar onu tutub öldürdülər və bağdan çölə atdılar.+ 9 Görəsən, bağın sahibi nə edəcək? O gəlib bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək.+
-
-
Luka 20:9—16Müqəddəs Kitab
-
-
9 Sonra İsa camaata belə bir məsəl çəkdi: «Bir adam üzüm bağı saldı+ və bağı bağbanlara icarəyə verib uzun müddətə başqa ölkəyə yollandı.+ 10 Məhsul yığımı mövsümündə öz nökərini bağbanların yanına göndərdi ki, bağın barından ona versinlər. Bağbanlar isə nökəri döyüb əliboş geri qaytardılar.+ 11 Bağın sahibi yenidən bir nökər göndərdi. Bağbanlar onu da döyüb təhqir etdilər və əliboş qaytardılar. 12 O, üçüncü dəfə nökər göndərdi. Bağbanlar onu da şil-küt edib çölə atdılar. 13 Onda bağın sahibi belə dedi: “Nə edim? Gəlsənə sevimli oğlumu göndərim.+ Yəqin ona hörmətlə yanaşarlar”. 14 Lakin bağbanlar oğulu görəndə bir-birinə dedilər: “Bu, varisdir. Gəlin onu öldürək ki, miras bizim olsun”. 15 Bağbanlar oğulu bağdan çölə atıb öldürdülər.+ Görəsən, bağın sahibi onlara nə edəcək? 16 O gəlib bu bağbanları öldürəcək, üzüm bağını isə başqalarına verəcək».
Bunu eşidəndə onlar dedilər: «İraq olsun!»
-