-
Mətta 14:24—33Müqəddəs Kitab
-
-
24 Qayıq sahildən xeyli* uzaqlaşmışdı. Külək qarşıdan əsdiyi üçün dalğalar qayığı atıb-tuturdu. 25 Səhərə yaxın* İsa suyun üstü ilə yeriyərək onların yanına gəldi. 26 Onun suyun üstü ilə yeridiyini görən şagirdlər vahimələndilər və qorxudan: «Kabus, kabus!» — deyə qışqırdılar. 27 Lakin İsa dərhal onlara dedi: «Mənəm, qorxmayın, cəsarətli olun!»+ 28 Butrus dedi: «Ağa, əgər sənsənsə, mənə əmr et suyun üstü ilə yanına gəlim». 29 İsa ona dedi: «Gəl!» Butrus qayıqdan çıxıb suyun üstü ilə İsaya tərəf getdi. 30 Ancaq fırtınaya baxanda qorxub batmağa başladı və: «Ağa, məni xilas et!» — deyə qışqırdı. 31 İsa tez əlini uzadıb onu tutdu və dedi: «Ey az imanlı, nə üçün şübhə etdin?»+ 32 Onlar qayığa mindikdən sonra fırtına sakitləşdi. 33 Bu zaman qayıqdakılar İsanın qarşısında təzim edib dedilər: «Sən, doğrudan da, Allahın Oğlusan*».
-
-
Yəhya 6:16—21Müqəddəs Kitab
-
-
16 Axşamüstü şagirdlər dənizə tərəf düşdülər+ 17 və qayığa minib dənizin o biri tayına, Kəfərnahuma üzdülər. Artıq hava qaralmışdı, amma İsa hələ onların yanına gəlməmişdi.+ 18 Güclü külək əsdiyindən dəniz coşurdu.+ 19 Şagirdlər avar çəkə-çəkə təxminən beş-altı kilometr* üzmüşdülər ki, suyun üstü ilə yeriyib qayığa yaxınlaşan İsanı gördülər. Onları vahimə bürüdü. 20 Ancaq İsa onlara dedi: «Mənəm, qorxmayın!»+ 21 Şagirdlər sevincək İsanı qayığa götürdülər. Qayıq dərhal mənzilbaşına çatdı.+
-