-
Mark 5:25—28Müqəddəs Kitab
-
-
25 Camaatın arasında bir qadın var idi. O, düz on iki il+ idi ki, qanaxmadan əziyyət çəkirdi.+ 26 Qadın həkimlərin əlindən çox əzab çəkmişdi, bütün varını-yoxunu müalicəyə xərcləmiş, amma dərdinə əlac tapılmamışdı, əksinə, vəziyyəti daha da pisləşmişdi. 27 O, İsa haqqında eşidəndə arxadan ona yaxınlaşdı və onun paltarına toxundu.+ 28 Qadın ürəyində deyirdi: «Təkcə paltarına toxunsam, sağalacağam».+
-