-
Mətta 22:15—22Müqəddəs Kitab
-
-
15 Fərisilər oradan çıxıb onu sözdə tutmaq üçün aralarında məşvərət etdilər.+ 16 Onlar öz şagirdlərini və Hirodun ardıcıllarını+ bu sözlərlə İsanın yanına göndərdilər: «Ustad, biz bilirik ki, sən düz adamsan, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən, kiminsə rəğbətini qazanmağa çalışmırsan, çünki insanın hansı təbəqədən olması səni maraqlandırmır. 17 Necə bilirsən, Sezara can vergisi ödəmək düzgündür, ya yox?» 18 Onların pis niyyətlərindən agah olan İsa dedi: «Ey ikiüzlülər, məni niyə sınayırsınız? 19 Vergini ödədiyiniz sikkəni mənə göstərin». Ona bir dinar* verdilər. 20 İsa onlara dedi: «Burada kimin surəti və titulu həkk olunub?» 21 Onlar cavab verdilər: «Sezarın». Onda İsa dedi: «Elə isə, Sezara məxsus şeyləri Sezara, Allaha məxsus şeyləri Allaha verin».+ 22 Onlar bu sözlərə məəttəl qaldılar və çıxıb getdilər.
-
-
Luka 20:20—26Müqəddəs Kitab
-
-
20 Onu yaxşıca müşahidə etdikdən sonra xəlvətcə muzdla bir neçə adam tutdular və onun yanına göndərdilər. Bu adamlar özlərini saleh göstərib onu sözdə tutmalı idilər.+ Mirzələr və böyük kahinlər İsanı hökumətə və valiyə təslim etmək istəyirdilər. 21 Həmin adamlar gəlib İsaya dedilər: «Ustad, biz bilirik ki, sən həmişə düz danışırsan, doğru təlim verirsən. Səndə tərəfkeşlik yoxdur, Allahın yolunu həqiqətə müvafiq öyrədirsən. 22 Necə bilirsən, Sezara vergiləri ödəmək düzgündür, ya yox?» 23 İsa onların kələyini dərhal anlayıb dedi: 24 «Mənə bir dinar* göstərin. Bu dinarın üzərində kimin surəti və titulu həkk olunub?» Onlar cavab verdilər: «Sezarın». 25 İsa onlara dedi: «Belə isə, Sezara məxsus şeyləri Sezara,+ Allaha məxsus şeyləri Allaha verin».+ 26 Onlar xalqın qarşısında İsanı sözdə tuta bilmədilər və onun cavabına mat qalıb susdular.
-