-
Mətta 22:23—28Müqəddəs Kitab
-
-
23 Həmin gün dirilməyə inanmayan saddukilər+ İsanın yanına gəlib soruşdular:+ 24 «Ustad, Musa belə buyurub: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalıdır ki, qardaşının nəsli kəsilməsin”.+ 25 Aramızda yeddi qardaş var idi. Böyük qardaş evləndi, amma övladsız öldü. Arvadını ikinci qardaşı aldı. 26 O da, üçüncüsü də — yeddinci qardaşa qədər hamısı o qadınla evləndi və öldü. 27 Hamısından axırda qadın da öldü. 28 İndi görəsən, diriləndən sonra həmin qadın bu yeddi qardaşdan hansının arvadı olacaq? Axı onların hamısı bu qadınla evlənmişdi».
-
-
Luka 20:27—33Müqəddəs Kitab
-
-
27 Dirilməyə inanmayan saddukilərdən bir neçəsi+ onun yanına gəlib soruşdu:+ 28 «Ustad, Musa bizə belə yazıb: “Bir kişi övladsız ölərsə, qardaşı onun dul qalmış arvadını almalı və onun nəslini davam etdirməlidir”.+ 29 Yeddi qardaş var idi: böyük qardaş evləndi, amma övladsız öldü. 30 İkincisi də o qadınla evləndi və sonra öldü, 31 üçüncüsü də elə. Beləliklə, qardaşların yeddisi də onunla evləndilər, amma özlərindən sonra övlad qoymayıb öldülər. 32 Axırda o qadın da öldü. 33 Görəsən, diriləndən sonra həmin qadın bu qardaşlardan hansının arvadı olacaq? Axı yeddisi də onu almışdı».
-