3 Çöllükdə kimsə qışqırır:
«Yehova üçün yolu təmizləyin!+
Allahımız üçün səhrada hamar yol+ düzəldin.+
4 Qoy bütün dərələr yüksəlsin,
Bütün dağlar, təpələr alçalsın.
Əyri-üyrü torpaq hamar olacaq,
Kələ-kötür yerlər düzəngaha dönəcək.+
5 Yehovanın calalı aşkar olacaq,+
Bütün bəşər bunu görəcək,+
Çünki bunu Yehova deyib».