-
Mətta 1:1—17Müqəddəs Kitab
-
-
1 İbrahim oğlu+, Davud oğlu+ İsa Məsihin* nəsil şəcərəsi:
2 İbrahim İshaqın atası idi,+
İshaq Yaqubun atası idi,+
Yaqub Yəhudanın+ və onun qardaşlarının atası idi.
3 Yəhuda Tamardan doğulmuş Farəs və Zarahın atası idi.+
Farəs Həsrunun atası idi,+
Həsrun Ramın atası idi,+
4 Ram Əminədabın atası idi,
Əminədab Nəhsunun atası idi,+
Nəhsun Salmanın atası idi.
5 Salman Rahabdan doğulmuş Buəzin atası idi.+
Buəz Rutdan doğulmuş Abidin atası idi.+
Abid Yəssənin atası idi.+
6 Yəssə Davud padşahın atası idi.+
Davud Uryayın arvadından doğulmuş Süleymanın atası idi.+
7 Süleyman Rəhabamın atası idi,+
Rəhabam Əbiyyanın atası idi,
Əbiyya Asanın atası idi,+
8 Asa Yəhuşafatın atası idi,+
Yəhuşafat Yəhuramın atası idi,+
Yəhuram Üziyyənin atası idi,
9 Üziyyə Yutəmin atası idi,+
Yutəm Əhəzin atası idi,+
Əhəz Hizqiyyənin atası idi,+
10 Hizqiyyə Mənəssənin atası idi,+
Mənəssə Amunun atası idi,+
Amun Yuşiyyənin atası idi,+
11 Yuşiyyə+ Babilə sürgün dövründə yaşamış Yəkunyanın+ və onun qardaşlarının atası idi.+
12 Babilə sürgündən sonra Yəkunyanın Şəəltiil adında oğlu oldu.
Şəəltiil Zərubabilin atası idi,+
13 Zərubabil Əbihudun atası idi,
Əbihud Əlyakimin atası idi,
Əlyakim Azurun atası idi,
14 Azur Sadığın atası idi,
Sadıq Əximin atası idi,
Əxim Əlihudun atası idi,
15 Əlihud Əlyazarın atası idi,
Əlyazar Məttanın atası idi,
Məttan Yaqubun atası idi,
16 Yaqub Məryəmin əri Yusifin atası idi. Məryəmdən Məsih adlanan+ İsa doğuldu.+
17 Beləliklə, İbrahimdən Davuda qədər on dörd nəsil, Davuddan Babilə sürgünə qədər on dörd nəsil və Babilə sürgündən Məsihə qədər on dörd nəsil olmuşdur.
-