-
Mətta 12:1—8Müqəddəs Kitab
-
-
12 Bir şənbə günü İsa zəmilərin arasından keçirdi. Onun şagirdləri ac idilər və sünbülləri dərib yeməyə başladılar.+ 2 Bunu görən fərisilər ona dedilər: «Bax, sənin şagirdlərin şənbə günü qadağan olunmuş işi görürlər».+ 3 İsa onlara dedi: «Məgər oxumamısınız, Davudla yoldaşları acanda Davud nə etmişdi?+ 4 Allahın evinə girdiyini və yoldaşları ilə birlikdə təqdim çörəklərini* yediyini məgər bilmirsiniz?+ Halbuki onlar qanuna görə o çörəkləri yeyə bilməzdilər, o çörəkləri yalnız kahinlər yeyə bilərdi.+ 5 Yaxud Tövratda* oxumamısınız ki, şənbə günləri kahinlər məbəddə şənbə gününü pozurlar, amma günahkar sayılmırlar?+ 6 Bunu bilin ki, burada məbəddən də böyük bir adam durub.+ 7 Əgər siz “Mən qurban yox,+ mərhəmət istəyirəm”+ sözlərinin mənasını başa düşsəydiniz, günahsız adamları məhkum etməzdiniz. 8 Çünki insan Oğlu şənbənin ağasıdır».+
-
-
Mark 2:23—28Müqəddəs Kitab
-
-
23 Bir şənbə günü İsa zəmilərin arası ilə gedirdi. Onun şagirdləri gedə-gedə sünbül dərirdilər.+ 24 Onda fərisilər İsaya dedilər: «Bura bax! Onlar nəyə görə şənbə günü qadağan olunmuş işi görürlər?» 25 İsa cavab verdi: «Məgər heç vaxt oxumamısınız, ərzağı qurtaranda, özü və yoldaşları acanda Davud nə etmişdi?+ 26 Böyük kahin Əbyatar+ haqqındakı əhvalatdan bilmirsiniz ki, Davud Allahın evinə girib təqdim çörəklərini* yedi, üstəlik, yoldaşlarına da verdi? Halbuki qanuna görə bu çörəkləri kahinlərdən başqa heç kəs yeyə bilməzdi».+ 27 İsa əlavə etdi: «İnsan şənbə üçün yaranmayıb, şənbə insan üçün yaranıb.+ 28 Odur ki, insan Oğlu şənbənin də ağasıdır».+
-