Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Mətta 12:9—14
    Müqəddəs Kitab
    • 9 İsa oradan çıxıb onların sinaqoquna gəldi. 10 Orada əli qurumuş bir adam vardı.+ İsanı təqsirləndirməyə bir bəhanə tapmaq üçün ondan soruşdular: «Qanuna görə şənbə günü adam sağaltmaq olar?»+ 11 İsa onlara cavab verdi: «Aranızda elə adam varmı ki, bircə qoyunu olsa və həmin qoyun şənbə günü çalaya düşsə, onu oradan çıxarmasın?+ 12 Amma gör insan qoyundan nə qədər qiymətlidir! Bəli, qanuna görə şənbə günü savab iş görmək olar». 13 Sonra o, şikəst adama dedi: «Əlini uzat». O adam əlini uzatdı və qurumuş əli o birisi kimi sapsağlam oldu. 14 Fərisilər çıxıb İsanı öldürmək üçün sui-qəsd hazırladılar.

  • Mark 3:1—6
    Müqəddəs Kitab
    • 3 İsa yenə də sinaqoqa gəldi. Orada əli qurumuş bir adam var idi.+ 2 Fərisilər İsanı ittiham etmək istəyirdilər. Buna görə də diqqətlə baxırdılar ki, görsünlər İsa şənbə günü o adamı sağaldacaq, ya yox. 3 İsa əli qurumuş adama dedi: «Dur, ortaya keç». 4 Sonra onlardan soruşdu: «Şənbə günü yaxşılıq etmək düzgündür, yoxsa pislik etmək? İnsanı xilas etmək düzgündür, yoxsa məhv etmək?»+ Onlar susub dinmədilər. 5 İsa onların ürəyinin nə qədər küt olduğunu görüb bərk kədərləndi.+ Qəzəblə onlara göz gəzdirdi, sonra o adama dedi: «Əlini uzat». O, əlini uzatdı və əli sağaldı. 6 Onda fərisilər çölə çıxdılar və İsanı öldürmək barədə Hirodun ardıcılları+ ilə yubanmadan məşvərət etdilər.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş