-
Mark 5:30—34Müqəddəs Kitab
-
-
30 Həmin an İsa da özündən qüvvə çıxdığını hiss etdi.+ O, camaata tərəf dönüb dedi: «Paltarıma kim toxundu?» + 31 Şagirdləri ona dedilər: «Özün görürsən ki, camaat səni sıxışdırır, sənsə “Mənə kim toxundu?” deyirsən». 32 Ancaq İsa ona toxunan adamı gözü ilə axtarırdı. 33 Qadın sağaldığını başa düşüb bərk qorxmuşdu və tir-tir əsirdi. O gəlib İsanın ayaqlarına düşdü və həqiqəti açıb ona danışdı. 34 Onda İsa dedi: «Bacım*, imanın səni sağaltdı. Salamat get.+ Qoy bu əzablı xəstəlik səni bir də narahat etməsin».+
-