-
Mətta 12:43—45Müqəddəs Kitab
-
-
43 Murdar ruh insandan çıxandan sonra özünə rahat yer tapmaq üçün quraq yerləri gəzib-dolaşır, amma rahat yer tapmır.+ 44 Sonra öz-özünə deyir: “Qoy çıxdığım evə qayıdım”. Geri qayıdanda görür ki, ora boşdur, silinib-süpürülüb və bərbəzək içindədir. 45 Sonra gedir və özündən qat-qat pis olan başqa yeddi ruh gətirir. Onlar içəri girib orada yaşayırlar. O adamın sonu əvvəlkindən daha betər olur.+ Bu pis nəslin də sonu belə olacaq».
-