-
Yaradılış 22:15—18Müqəddəs Kitab
-
-
15 Yehovanın mələyi göydən ikinci dəfə səslənib İbrahimə dedi: 16 «Yehova belə deyir: “Varlığıma and içirəm+ ki, yeganə oğlunu əsirgəmədiyin+ üçün 17 səni mübarək qılacağam, övladlarını* göydəki ulduzlar, dəniz sahilindəki qum dənələri qədər çoxaldacağam.+ Sənin övladların düşmən şəhərlərini* zəbt edəcək.+ 18 Yer üzünün bütün xalqları sənin övladın*+ vasitəsilə mübarək olacaq, çünki sən Mənim sözümə qulaq asdın”».+
-
-
Zəbur 105:8, 9Müqəddəs Kitab
-
-
8 O, əhdini əbədiyyət boyu,
Vədini min nəslə qədər xatırlar.+
-