-
Mətta 27:57—60Müqəddəs Kitab
-
-
57 Axşamüstü arimataylı Yusif adında varlı bir adam ora gəldi. O da İsanın şagirdi idi.+ 58 Bu adam Pilatın yanına gedib ondan İsanın cəsədini istədi.+ Pilat əmr etdi ki, İsanın cəsədini ona versinlər.+ 59 Yusif İsanın cəsədini götürüb onu təmiz, zərif kətana bürüdü+ 60 və özü üçün qayada oyduğu təzə sərdabəyə qoydu.+ Sərdabənin ağzına yekə bir daş diyirlədi və çıxıb getdi.
-
-
Mark 15:43—46Müqəddəs Kitab
-
-
43 Şuranın* hörmətli üzvü və Allahın Padşahlığını gözləyən arimataylı Yusif ora gəldi. O, cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi.+ 44 Pilat İsanın öldüyünü eşidəndə onu maraq bürüdü və yanına bir yüzbaşı çağırıb İsanın ölüb-ölmədiyini xəbər aldı. 45 Yüzbaşı İsanın öldüyünü təsdiqləyəndən sonra Pilat cəsədi Yusifə verdi. 46 Yusif zərif kətan aldı, cəsədi dirəkdən düşürüb kətana bürüdü və qayada oyulmuş sərdabəyə qoydu.+ Sonra sərdabənin ağzına bir daş diyirlədi.+
-