-
Yəhya 2:1—11Müqəddəs Kitab
-
-
2 Bundan iki gün sonra Cəlilənin Qanə şəhərində toy idi. İsanın anası orada idi. 2 İsa da şagirdləri ilə toya dəvət olunmuşdu.
3 Şərab azalanda İsanın anası ona dedi: «Şərabları yoxdur». 4 Ancaq İsa anasına dedi: «Bu, bizim işimiz deyil. Mənim vaxtım hələ gəlməyib». 5 Anası məclisdə xidmət edənlərə dedi: «Sizə nə desə, onu da edin». 6 Yəhudilərin paklanma qaydalarına+ görə orada su üçün altı ədəd daş küp vardı. Küplərin hər biri qırx dörd litrdən altmış altı litrə* qədər su tuturdu. 7 İsa onlara dedi: «Küpləri su ilə doldurun». Xidmətçilər küpləri ağzına qədər doldurdular. 8 Sonra İsa onlara dedi: «İndi bir az götürüb sərpayı üçün aparın». Onlar elə də etdilər. 9 Sərpayı şərabın haradan gəldiyini bilmirdi, bunu yalnız xidmətçilər bilirdi. O, şəraba çevrilmiş suyun dadına baxdıqda bəyi çağırıb 10 dedi: «Başqaları əvvəlcə süfrəyə yaxşı şərab qoyur, qonaqlar keflənəndən sonra isə adi şərabı verir. Ancaq sən bu cür əla şərabı indiyə saxlamısan». 11 Bu, İsanın göstərdiyi ilk möcüzə idi. O, bunu Cəlilənin Qanə şəhərində etmişdi. İsa orada öz qüdrətini göstərdi+ və şagirdləri ona iman etdilər.
-