2 O, gecə vaxtı İsanın yanına gəlib+ dedi: «Rabbi*+, biz bilirik ki, sən Allahın bizə yolladığı müəllimsən, çünki Allah güc verməsə,+ heç kəs bu möcüzələri+ göstərə bilməz».
36 Ancaq mənim haqqımda Yəhyanın verdiyi şəhadətdən daha böyük şəhadət var, çünki Atamın mənə verdiyi bu tapşırıq, gördüyüm bu işlər mənim Ata tərəfindən göndərildiyimi təsdiqləyir.+
38 Yox əgər bu işləri görürəmsə, mənə inanmasanız da, gördüyüm işlərə inanın+ ki, Atanın mənimlə, mənim də Ata ilə vəhdətdə olduğumu dərk edib biləsiniz».+
10 Məgər mənim Ata ilə, Atanın da mənimlə vəhdətdə olduğuna inanmırsan?+ Sizə dediyim sözləri özümdən demirəm,+ mənimlə daima vəhdətdə olan Atam mənim vasitəmlə Öz işini görür.
22 Ey İsrail oğulları! Məni dinləyin. Bildiyiniz kimi, Allah nəsrani İsanı sizə açıq-aşkar tanıtdı: onun vasitəsilə qarşınızda qüdrətli işlər, əlamətlər, möcüzələr etdi.+