19 Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz.+20 Danışanda tək olmayacaqsınız, Atanızın müqəddəs ruhu sizin vasitənizlə danışacaq.+
13 Həqiqət ruhu gələndə sizə yol göstərəcək,+ həqiqəti tam dərk etməyinizə kömək edəcək. O özündən danışmayacaq, eşitdiyini danışacaq və sizə qarşıdakı hadisələri xəbər verəcək.+
27 Sizə gəldikdə isə, Ondan aldığınız məsh+ sizdədir və kimsənin sizi öyrətməsinə ehtiyac yoxdur. Ondan aldığınız məsh həqiqətdir, yalan deyil, o sizə hər şeyi öyrədir.+ O, sizi öyrətdiyi kimi, siz də sizi məsh edənlə vəhdətdə qalın.+