-
Çıxış 2:11—15Müqəddəs Kitab
-
-
11 İllər keçdi, Musa böyüdü. Bir gün o, soydaşlarının* yanına gedib onların necə zülm çəkdiyini gördü.+ Orada baxıb gördü ki, bir misirli onun ibrani qardaşlarından birini döyür. 12 Musa ətrafa göz gəzdirdi. Görəndə ki, heç kəs yoxdur, vurub misirlini öldürdü, meyitini isə qumda gizlətdi.+
13 Ertəsi gün gələndə iki ibraninin bir-birilə dalaşdığını gördü və haqsız olana dedi: «Yoldaşını niyə döyürsən?»+ 14 Həmin adam dedi: «Səni bizim üzərimizə ağa qoyublar, yoxsa hakim? Bəlkə, misirlini öldürdüyün kimi, məni də öldürmək istəyirsən?»+ Musa: «İşin üstü açılıb!» — deyərək qorxuya düşdü.
15 Firon bu hadisədən xəbər tutanda Musanı öldürmək istədi. Ancaq Musa firondan qaçıb yaşamaq üçün Mədyən+ torpağına getdi. Ora çatanda bir quyunun başında oturdu.
-