-
Həvarilərin işləri 28:3—6Müqəddəs Kitab
-
-
3 Bulus bir dəstə çırpı yığıb tonqala atdı. Bu vaxt istidən qaçan bir gürzə Bulusun əlindən yapışdı. 4 Adanın sakinləri onun əlindən sallanmış zəhərli ilanı görəndə bir-birinə dedilər: «Şübhəsiz, bu adam qatildir. Dənizdən sağ-salamat çıxsa da, Ədalətin* əlindən canını qurtara bilmədi». 5 Lakin Bulus əlini çırpıb ilanı oda atdı, onun özünə isə zərər dəymədi. 6 Ada sakinləri elə düşünürdülər ki, Bulusun əli şişəcək, yaxud da o, qəflətən yıxılıb öləcək. Onlar xeyli gözlədilər. Görəndə ki, ona heç nə olmur, fikirlərini dəyişib onun allah olduğunu deməyə başladılar.
-