31 O ki qaldı ölülərin dirilməyinə, məgər Allahın sizə: 32 “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”,+ — dediyini oxumamısınız? Bəli, O, ölülərin yox, dirilərin Allahıdır».+
13 Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır.+14 Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur. Salehlər diriləndə+ əvəzini alacaqsan».
28 Buna heyrət etməyin, çünki elə bir vaxt* gələcək ki, qəbirlərdə* olanların hamısı onun səsini eşidib,+29 qəbirlərindən çıxacaq. Yaxşı əməl sahibləri dirilib həyata qovuşacaq, pis əməl sahibləri isə dirilib mühakimə olunacaqlar.+
35 Qadınlar ölmüş əzizlərinə dirilmə vasitəsilə qovuşur,+ digərləri daha yaxşı dirilməyə çatmaq üçün hər hansı bir fidyə vasitəsilə azad edilməkdən imtina edərək işgəncə çəkirdilər.
12 Mən həmçinin taxtın önündə durmuş ölüləri — böyükləri və kiçikləri gördüm. Tumarlar açılmışdı. Başqa bir tumar da açıldı, bu tumar həyat kitabıdır.+ Ölülər tumarlarda yazılanlara uyǧun olaraq, əməllərinə görə mühakimə edildi.+