-
Vəhy 5:9, 10Müqəddəs Kitab
-
-
9 Onlar yeni mahnı oxuyurdular:+ «Sən tumarı götürüb onun möhürlərini açmağa layiqsən, çünki sən öldürüldün və hər tayfaya, hər dilə, xalqa və ümmətə mənsub olan insanları+ öz qanınla Allah üçün satın aldın,+ 10 onları Allahımıza məxsus+ padşah+ və kahin etdin. Onlar yer üzərində padşahlıq edəcəklər».+
-
-
Vəhy 20:4Müqəddəs Kitab
-
-
4 Mən taxtlar gördüm, onlarda oturanlara hakimlik səlahiyyəti verilmişdi. Mən həmçinin İsa haqqında şahidlik etdiklərinə və Allahdan danışdıqlarına görə boyunları vurulmuşları gördüm. Onlar vəhşi heyvana və onun surətinə sitayiş etməmiş, alınlarına və əllərinə onun nişanını vurdurmamışlar.+ Onlar dirildilər və Məsihlə birlikdə min il padşahlıq etdilər.+
-