36 Aşir qəbiləsindən olan Fənuilin qızı peyğəmbər Hənnə də orada idi. (Artıq ahıl yaşına çatmış bu qadın ərə gedib əri ilə cəmi yeddi il yaşamış 37 və sonra dul qalmışdı. İndi onun səksən dörd yaşı vardı.) O, həmişə məbəddə olurdu, oruc tutub həraratlə dua edərək gecə-gündüz ibadət edirdi.