8 Bu vaxtdan etibarən, mənim üçün salehlik tacı+ qorunub saxlanılır. Adil hakim olan Ağa həmin gün+ bu tacı mənə mükafat kimi verəcək+ və təkcə mənə yox, onun zühurunu həsrətlə gözləyənlərin hamısına mükafat verəcək.
10 Qarşıdan gələn bəlalardan qorxma.+ İblis sizlərdən bəzilərini zindana atacaq ki, siz tam sınanasınız. On gün ərzində bəlalara düçar olacaqsınız. Ölüm bahasına olsa da, sadiq qal və mən sənə həyat tacını verəcəyəm.+