3 Ağamız İsa Məsihin Atası və Allahına şükürlər olsun! O, böyük mərhəmətinə görə İsa Məsihi diriltməklə+ bizə yeni həyat verib+ canlı ümidə+ qovuşdurdu. 4 O, bizə əbədi, ləkəsiz və solmaz miras verdi.+ Bu miras sizin üçün göydə qorunub saxlanılır.+
2 Əzizlərim, indi biz Allahın övladlarıyıq,+ amma gələcəkdə necə olacağımız hələ bəlli deyil.+ Bircə onu bilirik ki, O zühur edəndə biz Onun kimi olacağıq, çünki Onu olduğu kimi görəcəyik.
6 Birinci dirilmədə+ payı olan müqəddəs və xoşbəxtdir. Onların üzərində ikinci ölümün+ hökmü+ yoxdur. Onlar Allahın və Məsihin kahinləri+ olacaq və min il ərzində Məsihlə birlikdə padşahlıq edəcəklər.+