25 Allah Oğlunu qurban verdi ki, onun axıdılmış qanına+ gətirilən iman sayəsində insanları Özü ilə barışdırsın.+ Allah bunu Öz ədalətini nümayiş etdirmək üçün etdi, çünki Allah səbir göstərib keçmişdə işlənmiş günahları bağışlayırdı.
17 Buna görə də o, hər şeydə «qardaşlarına» oxşamalı idi+ ki, Allaha xidmətdə mərhəmətli və sadiq baş kahin olub insanların günahlarından ötrü+ kəffarə qurbanı+ təqdim etsin.
24 O, günahlarımızı öz bədənində daşıyıb+ dirəyin üzərinə apardı+ ki, biz günah üçün ölüb salehlik üçün yaşayaq. «Siz onun yaraları ilə şəfa tapdınız».+