-
1 Timutiyə 6:17—19Müqəddəs Kitab
-
-
17 Bu dövrdə* varlı olanlara əmr et ki, təkəbbürlü olmasınlar və ümidlərini gəldi-gedər var-dövlətə yox,+ həyatdan həzz almağımız üçün bizi hər şeylə bol-bol təmin edən Allaha bağlasınlar.+ 18 Yaxşılıq etsinlər, xeyirli işlərlə zəngin olsunlar, səxavətli olsunlar, əl tutmağa hazır olsunlar,+ 19 əsl həyatdan bərk-bərk yapışmaqdan ötrü özləri üçün salamat qalacaq xəzinə yığsınlar,+ yəni gələcək üçün möhkəm təməl qoysunlar.+
-