Əşiya
27 O gün Yehova amansız, böyük, güclü qılıncıyla+ livyatanın*, o sürünən ilanın cəzasını verəcək,
Livyatanın, o qıvrılan ilanın,
O dənizdəki əjdahanın axırına çıxacaq.
2 O gün onun üçün bu nəğməni oxuyun:
Tez-tez onu sulayıram.+
Gecə-gündüz keşiyini çəkirəm,
Kimsə zərər vurmasın.+
4 Mən daha ona qəzəblənmirəm.+
Kim üstümə tikanla, qanqalla döyüşə çıxsa,
Hamısını ayaqlayaram, yandırıb kül edərəm.
6 Gələcək günlərdə Yaqub kök atacaq,
İsrail çiçəklənəcək, şaxələnəcək,+
Ölkəni öz barı ilə dolduracaq.+
7 O, onu vuranın zərbəsilə vurulmalıdırmı?
Yaxud onu öldürənin qırğınıyla ölməlidirmi?
8 Qorxunc səslə onunla çəkişib onu qovacaqsan.
Şərq küləyi əsən gün O, şiddətlə üfürüb onu qovacaq.+
9 Beləcə, Yaqubun təqsirinin kəffarəsi veriləcək;+
Günahının silinməsi bu bəhrəni verəcək:
O, qurbangahın bütün daşlarını
Təbaşir kimi əzib toza döndərəcək.
Nə Aşera bütləri, nə də buxurdan qalacaq.+
10 İstehkamlı şəhər sakinsiz qalacaq;
Otlaqları biyaban kimi sahibsiz olacaq,+
Orada buzov otlayacaq, yatıb dincələcək.
Onun budaqlarını yeyib məhv edəcək.+
11 Budaqlar quruyanda
Qadınlar gəlib onları qoparacaq,
Onlardan ocaq qalayacaq.
Bu xalq nadan xalqdır.+
Buna görə Yaradanı ona rəhm etməyəcək,
Xaliqi ona lütf göstərməyəcək.+
12 O gün Yehova gur-gur axan çaydan* tutmuş Misir vadisinə+ kimi barı vurub tökəcək. Beləcə, ey İsrail əhli, bir-bir toplanacaqsınız.+ 13 O gün böyük şeypur çalınacaq.+ Aşşur+ torpağında tələf olanlar, Misir torpağına səpələnənlər+ gəlib Yerusəlimdə, müqəddəs dağda Yehovaya səcdə edəcəklər.+