Əşiya
58 «Var gücünüzlə qışqırın, çəkinməyin!
Səsinizi şeypur kimi ucaldın.
Xalqıma üsyankarlığını,
Yaqub evinə günahlarını bildirin.+
2 Hər gün Məni axtarırlar,
Deyirlər ki, yollarımı tanımaqdan zövq alırlar,
Guya onlar əməlisaleh xalqdır,
Guya Allahlarının ədalətindən heç uzaqlaşmayıblar.+
Onlar Allaha yaxınlaşmaq istəyilə
Məndən adil hökmlər diləyirlər,+
Niyə canımıza verdiyimiz cəfaya fikir vermirsən?”+
Çünki oruc tutduğunuz gün mənfəət güdürsünüz,
İşçilərinizə zülm edirsiniz.+
4 Oruc tutanda didişirsiniz, dalaşırsınız,
Amansız zərbələr vurursunuz.
Bu cür orucla səsiniz göylərdə necə eşidilsin?
5 Məgər Mən bu cür oruc istəmişdim:
O gün insan özünə zülm eləsin,
Qamış kimi başını əysin,
Çulun, külün üstündə yatsın?
Siz buna oruc, Yehovaya məqbul gün deyirsiniz?
6 Mənim istədiyim oruc bax budur:
Zülm buxovları çıxarılsın,
Boyunduruq ipləri açılsın,+
Məzlumlar azad edilsin,+
Hər bir boyunduruq ortadan qırılsın.
7 Çörəyini aclarla bölüşəsən,+
Yoxsul, evsiz-eşiksiz adamı evinə gətirəsən,
Kimisə çılpaq görəndə geyindirəsən,+
Əti ətindən, qanı qanından olana arxa çevirməyəsən.
8 Onda nurun sübh şəfəqitək saçacaq,+
Tezliklə şəfa tapacaqsan.
Qabağında salehliyin gedəcək,
Arxadan Yehovanın calalı səni qoruyacaq.+
9 Onda sən çağıracaqsan, Yehova cavab verəcək;
Sən kömək diləyəcəksən,
O deyəcək “Mən buradayam!”
Əgər boyunduruğu yox etsən,
Barmaqla göstərməyə, kinli sözlərə son qoysan,+
10 Əgər könlündən keçəni aclara da versən,+
Məzlumları doyursan,
Onda nurun zülmətdə də parlayacaq,
Zülmət qaranlığın gün kimi aydın olacaq.+
Yaxşı sulanan bağ kimi,+
Suyu kəsilməyən bulaq kimi olacaqsan.
12 Səndən ötrü qədim xarabalıqları abad edəcəklər,+
Keçmiş nəsillərdən qalma təməlləri bərpa edəcəklər.+
Sənə uçuq divarların qurucusu,
Küçə yollarının bərpaçısı deyəcəklər.+
13 Müqəddəs günüm olan şənbədə mənfəət dalınca qaçmasan,+
Şənbəni sevinc günü, Yehovanın müqəddəs günü, izzətli gün adlandırsan,+
Mənfəət güdmək, boş-boş danışmaq əvəzinə, onu şərəfləndirsən,
14 Onda Yehova səadətin olacaq.
Bu söz Yehovanın ağzından çıxıb».