Nəğmələr Nəğməsi
4 «Ey sevgilim, nə gözəlsən!
Nə gözəlsən!
Örpək altda gözlərin göyərçin gözləridir.
Zülfün Gilad dağlarından enən
Keçi sürüsünə bənzər.+
2 Dişlərin yenicə qırxılmış,
Yuyunub ağarmış qoyun sürüsünə bənzər.
Hamısı əkiz balalı,
Heç biri balasını itirməyib.
3 Ləblərin al-qırmızı ipə bənzər,
Dilin şipşirindir.
Örpək altda yanaqların,
Sanki, nar dilimidir.
4 Boynun+ çin-çin daşdan tikilmiş,
Davud qülləsi kimidir.+
Üstündən minlərlə qalxan,
İgidlərin girdə qalxanları asılmış o qüllədir.+
8 Ey nişanlım, gəl birgə enək Livandan,
Gəl, qoşa enək Livandan.+
9 Qəlbimi əsir almısan,+ ey bacım, ey nişanlım.
Qəlbimi əsir almısan bircə baxışınla,
Boyunbağının bir muncuğuyla.
10 Nəvazişlərin nə incədir,+ ey bacım, ey nişanlım,
11 Ey nişanlım, ləblərindən şanı balı süzülür,+
Dilinin altında bal var, süd var.+
Libasından Livanın ətri gəlir.
12 Mənim bacım, nişanlım qıfıllı bağ kimidir,
Qıfıllı bağ, möhürlü bulaq kimidir.
Gözəl-gözəl meyvələr, xınagülü, nard bitən bağdır.
14 İçində nard+, zəfəran, ətirli qamış+, darçın+,
Hər növ kündür ağacı, mürr və əzvay+ vardır,
Hər cür ətriyyat+ vardır.
15 Sən bağ çeşməsisən, saf sulu quyusan,
Livandan axan çaylarsan.+
16 Oyan, ey quzey mehi,
Dur gəl, ey güney mehi.
Bağımda xəfifcə əs,
Qoy ətir bürüsün bağımı».
«Qoy məhbubum öz bağına girsin,
Gözəl-gözəl meyvələrdən dadsın».