Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Saylar 30
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Sayların məzmunu

      • Kişilərin dediyi nəzirlər (1, 2)

      • Qız-qadının dediyi nəzirlər (3—16)

Saylar 30:1

Çarpaz istinadlar

  • +Çx 18:25

Saylar 30:2

Çarpaz istinadlar

  • +Yr 28:20—22; Hk 11:30, 31
  • +Zb 132:1—5
  • +Qn 23:21; Zb 116:14; 119:106; Vz 5:4; Mt 5:33
  • +Zb 50:14; 66:13

Saylar 30:5

Çarpaz istinadlar

  • +Çx 20:12

Saylar 30:8

Çarpaz istinadlar

  • +Rm 7:2; 1Kr 11:3; Ef 5:22

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/10/2004 s. 32

Saylar 30:12

Çarpaz istinadlar

  • +1Kr 11:3; 1Bt 3:1

Saylar 30:15

Çarpaz istinadlar

  • +Qn 23:21

Digər

Say. 30:1Çx 18:25
Say. 30:2Yr 28:20—22; Hk 11:30, 31
Say. 30:2Zb 132:1—5
Say. 30:2Qn 23:21; Zb 116:14; 119:106; Vz 5:4; Mt 5:33
Say. 30:2Zb 50:14; 66:13
Say. 30:5Çx 20:12
Say. 30:8Rm 7:2; 1Kr 11:3; Ef 5:22
Say. 30:121Kr 11:3; 1Bt 3:1
Say. 30:15Qn 23:21
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
Müqəddəs Kitab
Saylar 30:1—16

Saylar

30 Bundan sonra Musa İsrailin qəbilə başçılarına dedi:+ «Yehova belə bir söz buyurub: 2 kimsə Yehovaya nəzir+ deyər və ya and içib+ özünə nəyisə haram edərsə, sözündən dönməməlidir.+ Söz verdiyi hər şeyi yerinə yetirməlidir.+

3 Əgər atasının evində yaşayan cavan qız Yehovaya nəzir deyər və ya and içib özünə nəyisə haram edərsə, 4 atası da onun əhdlərini eşidib etiraz etməzsə, onun bütün əhdləri qüvvədə qalacaq. 5 Lakin atası qızın əhdlərini eşidib qadağan edərsə, onlar qüvvədən düşəcək. Yehova onu bağışlayacaq, çünki atası qadağan etmişdir.+

6 Əgər qız dediyi nəzirin və ya tələsik verdiyi sözün məsuliyyəti altında ikən ərə gedər, 7 əri də bunu eşidər və eşitdiyi gün heç bir etiraz bildirməzsə, onda onun bütün əhdləri qüvvədə qalacaq. 8 Lakin əri bu barədə eşitdiyi gün ona qadağan edərsə, onun dediyi nəziri və ya tələsik verdiyi sözü ləğv etmiş olur,+ Yehova da qızı bağışlayar.

9 Əgər dul və ya boşanmış qadın nəzir deyərsə, öhdəsinə götürdüyü bütün məsuliyyəti yerinə yetirməyə borcludur.

10 Əgər ərdə olan qadın nəzir deyər və ya and içib özünə nəyisə haram edərsə, 11 əri də bunu eşidib etiraz etməz və ya narazı olmazsa, onun bütün əhdləri qüvvədə qalacaq. 12 Lakin arvadının hər hansı əhdini eşitdiyi gün ər onu tamamilə ləğv edərsə, əhd qüvvədən düşəcək.+ Əhdi əri ləğv etdiyi üçün Yehova qadını bağışlayacaq. 13 Qadının istənilən nəzirini, yaxud nəfsini boğmaq üçün özünə nəyisə haram etmək andını əri ya təsdiq, ya da təkzib etməlidir. 14 Əgər günlər keçir və ər heç bir etiraz irəli sürmürsə, onda o, arvadının bütün əhdlərini təsdiq etmiş olur. Arvadının əhdini eşitdiyi gün etiraz bildirmədiyinə görə o, əhdi təsdiq edib. 15 Lakin eşitdikdən bir qədər sonra əhdi ləğv edərsə, onda qadının günahı onun boynuna olacaq.+

16 Yehova ərlə arvada, ata ilə onun evində yaşayan cavan qızına dair Musaya bu qanunu verdi».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş