İkinci Salnamələr
22 Yerusəlim əhli Yəhuramın yerinə onun kiçik oğlu Əhəzyanı taxta çıxardı. Çünki basqınçılar ərəblərlə birgə gəlib onun böyük qardaşlarını öldürmüşdülər.+ Beləcə, Yəhuram oğlu Əhəzya Yəhudada hakimiyyət sürməyə başladı.+ 2 O taxta çıxanda iyirmi iki yaşında idi və bir il Yerusəlimdə hakimiyyət sürdü. Onun anası Omrinin+ nəvəsi Ətəlya+ idi.
3 Əhəzya da Əhəb evinin yolu ilə getdi,+ çünki anası onu pis yola yönəldirdi. 4 O, Əhəb evi kimi, Yehovanın bəyənmədiyi pis işlər görürdü, çünki atasının ölümündən sonra Əhəb evinin sözü ilə oturub-dururdu. Bu, onun məhvinə gətirib çıxardı. 5 Əhəzya onların sözü ilə İsrail padşahı Əhəb oğlu Yəhuramla birlikdə Aram padşahı Həzaillə+ vuruşmaq üçün Ramut-Gilada+ getdi. Orada oxatanlar Yəhuramı yaraladı. 6 O, Ramada Aram padşahı Həzaillə döyüşdə aldığı yaralardan sağalmaq üçün Yizrailə+ qayıtdı.+
Yəhuda padşahı Yəhuram+ oğlu Əhəzya* Əhəb oğlu Yəhuramı+ görmək üçün Yizrailə getdi, çünki o yaralanmışdı*.+ 7 Əhəzyanın Yəhurama baş çəkməsi onun məhvinə səbəb oldu. Bu iş Allahdan idi. Əhəzya orada olanda Yəhuramla birgə Nimşinin nəvəsi Yəhunun+ qarşısına çıxdı. Yehova Yəhunu Əhəb evini yox etmək üçün+ məsh etmişdi. 8 Yəhu Əhəb nəslinə kəsilən hökmü icra etməyə başladı. O, Yəhuda əmirlərini və Əhəzyaya xidmət edən qardaşları oğullarını görüb onları öldürdü.+ 9 Sonra Əhəzyanı axtardı. Onu Səməriyyədə gizləndiyi yerdə tapdılar və Yəhunun yanına gətirib öldürdülər. «O, Yehovaya sidqi-ürəkdən ibadət etmiş Yəhuşafatın nəvəsidir»+ deyib onu dəfn etdilər.+ Bununla da Əhəzyanın evində padşahlıq etməyə qabil bir kimsə qalmadı.
10 Əhəzyanın anası Ətəlya+ oğlunun öldüyünü görəndə qalxıb bütün Yəhuda evinin şah nəslini qırdı.+ 11 Ancaq Yəhuram+ padşahın qızı Yəhusəbat ölüm hökmü verilmiş şahzadələrin içindən Əhəzyanın oğlu Yuəsi+ xəlvətcə qaçırtdı və onu dayəsi ilə birgə içəridəki yataq otağına apardı. Padşahın qızı Yəhusəbat (o, kahin Yəhyadayın+ arvadı, Əhəzyanın bacısı idi) Yuəsi Ətəlyadan gizlədə bildi. Ətəlya onu öldürmədi.+ 12 Yuəs altı il onların yanında Allahın məbədində gizləndi. Bütün bu vaxt ərzində Ətəlya ölkədə hökmranlıq edirdi.