Zəbur
149 Yaha alqış edin!
2 Qoy İsrailin sevinci Ulu Yaradanı olsun,+
Sion oğullarının sevinci onların Padşahı olsun.
5 Qoy sadiq bəndələri şan-şöhrətə sevinsin,
Sevincdən yataqda nəğmə oxusun.+
6 Qoy dillərində Allaha mədh nəğməsi,
Əllərində ikiağızlı qılınc,
7 Xalqlardan qisas alsınlar,
Ümmətlərin cəzasını versinlər,
8 Padşahları qandallasınlar,
Əsilzadələri dəmir buxova salsınlar,
9 Onlara çıxarılmış hökmü icra etsinlər.+
Bu şərəf Onun bütün sadiq bəndələrinə məxsusdur.
Yaha alqış edin!