Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 2 Korinflilərə 7
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

2 Korinflilərə məktubun məzmunu

      • Özümüzü murdarlıqdan təmizləyək (1)

      • Bulus korinflilərə görə sevinir (2—4)

      • Titus yaxşı xəbər gətirir (5—7)

      • Allaha məqbul kədər və tövbə (8—16)

2 Korinflilərə 7:1

Çarpaz istinadlar

  • +2Kr 6:16
  • +Rm 12:1; 1Tm 1:5; 3:9; 1Yh 3:3

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 40

    «Oyanın!»,

    № 3, 2019 s. 4—5

    «Allahın məhəbbətindən ayrılmayın», s. 93—95

    «Gözətçi qülləsi»,

    1/11/2006 s. 26

    «Ailə», s. 45—48

2 Korinflilərə 7:2

Çarpaz istinadlar

  • +Rm 12:10; 2Kr 6:12, 13
  • +Hv 20:33, 34; 2Kr 12:17

2 Korinflilərə 7:4

Çarpaz istinadlar

  • +Fp 2:17; Fm 7

2 Korinflilərə 7:5

Çarpaz istinadlar

  • +Hv 20:1

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/6/2014 s. 23

2 Korinflilərə 7:6

Çarpaz istinadlar

  • +2Kr 1:3, 4

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 166

2 Korinflilərə 7:7

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Şəhadət verək», s. 166

2 Korinflilərə 7:8

Çarpaz istinadlar

  • +2Kr 2:4

2 Korinflilərə 7:10

Çarpaz istinadlar

  • +Zb 32:5; 1Yh 1:9

2 Korinflilərə 7:11

Çarpaz istinadlar

  • +Mt 3:8

2 Korinflilərə 7:12

Çarpaz istinadlar

  • +1Kr 5:5

2 Korinflilərə 7:15

Çarpaz istinadlar

  • +2Kr 2:9; İb 13:17

2 Korinflilərə 7:16

Haşiyələr

  • *

    Digər variant: hər cəhətdən sizə görə ruhlana bilərəm.

Digər

2 Kor. 7:12Kr 6:16
2 Kor. 7:1Rm 12:1; 1Tm 1:5; 3:9; 1Yh 3:3
2 Kor. 7:2Rm 12:10; 2Kr 6:12, 13
2 Kor. 7:2Hv 20:33, 34; 2Kr 12:17
2 Kor. 7:4Fp 2:17; Fm 7
2 Kor. 7:5Hv 20:1
2 Kor. 7:62Kr 1:3, 4
2 Kor. 7:82Kr 2:4
2 Kor. 7:10Zb 32:5; 1Yh 1:9
2 Kor. 7:11Mt 3:8
2 Kor. 7:121Kr 5:5
2 Kor. 7:152Kr 2:9; İb 13:17
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
Müqəddəs Kitab
2 Korinflilərə 7:1—16

Korinflilərə ikinci məktub

7 Beləliklə, əzizlərim, bizə verilmiş vədlərin+ müqabilində gəlin cismi və ruhu murdarlayan+ hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək.

2 Ürəyinizdə bizə yer verin.+ Bizim heç kəsə pisliyimiz dəyməyib, heç kəsi yoldan çıxarmamışıq, heç kəsdən öz mənfəətimiz üçün istifadə etməmişik.+ 3 Bu sözlər sizi mühakimə etmək üçün deyil. Dediyim kimi, yaşasaq da, ölsək də, siz həmişə qəlbimizdə qalacaqsınız. 4 Mən sizinlə cəsarətlə danışa bilərəm. Sizinlə böyük fəxr duyuram. Ürəyim rahatdır. Çəkdiyimiz əziyyətlərə baxmayaraq, sevincim aşıb-daşır.+

5 Doğrusu, biz Makedoniyaya+ gələndə rahatlıq tapmadıq, hər tərəfdən çətinlik çəkdik: bayırda mübarizə, daxildə qorxu. 6 Lakin qəmginlərə təskinlik verən Allah+ bizə Titusun gəlişi ilə təsəlli verdi. 7 Təkcə onun gəlişi yox, sizdən xatircəm olması da bizə təskinlik gətirdi. O, bizə həsrətimi çəkdiyinizi, kədər içində olduğunuzu və mənimlə ürəkdən maraqlandığınızı danışdı. Bu məni lap sevindirdi.

8 Əgər məktubum sizi kədərləndirdisə,+ buna heç peşman deyiləm. Əvvəlcə peşman oldum (çünki məktubumdan kədərləndiniz, hərçənd bu kədər çox sürmədi), 9 ancaq indi sevinirəm, ona görə yox ki, siz kədərləndiniz, xeyr, bu kədərin sizi tövbəyə apardığı üçün sevinirəm. Çünki siz Allaha məqbul tərzdə kədərləndiniz. Buna görə də bizdən heç bir zərər görmədiniz. 10 Allaha məqbul kədər xilasa aparan tövbə hasil edir və insana peşmançılıq gətirmir.+ Dünyaya xas kədər isə ölüm hasil edir. 11 İndi görün Allaha məqbul kədər sizi necə hərəkətə gətirdi! Sizdə təmizlik, hiddət, Allah qorxusu, arzu, qeyrət və islah doğurdu.+ Siz bu məsələdə hər cəhətdən pak olduğunuzu göstərdiniz. 12 Mən o məktubu sizə günah işləyəndən+ ötrü, ya da haqsızlığa məruz qalan adamdan ötrü yazmamışdım. Məqsədim o idi ki, bizə itaət etmək qətiyyətinizi Allahın qarşısında nümayiş etdirəsiniz. 13 Bax bütün bunlar bizə təsəlli gətirdi.

Aldığımız təsəlli ilə yanaşı, bizi Titusun duyduğu sevinc də şadlandırdı, çünki siz onun ruhunu təzələdiniz. 14 Onun yanında sizinlə fəxr etmişəm, siz də mənim üzümü ağ etdiniz. Sizə danışdığımız şeylər həqiqət olduğu kimi, Titusun yanında sizinlə fəxr etməyimiz də əbəs olmadı. 15 Titus sizin itaətinizi, onu necə böyük ehtiramla qəbul etdiyinizi xatırlayanda sizə duyduğu məhəbbəti birə-beş artır.+ 16 Mən də sevinirəm ki, hər şeydə sizdən arxayın ola bilərəm*.

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş