Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • Ərəmya 20
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

Ərəmyanın məzmunu

      • Fəşhur Ərəmyanı döyür (1—6)

      • Ərəmya danışmaya bilməz (7—13)

        • Onun sözü ürəyimdə atəş oldu (9)

        • Yehova zəhmli cəngavər kimidir (11)

      • Ərəmyanın şikayəti (14—18)

Ərəmya 20:2

Çarpaz istinadlar

  • +2Sm 16:10

Ərəmya 20:3

Haşiyələr

  • *

    Mənası: ətrafda qalan.

  • *

    Mənası: hər yanda dəhşət.

Çarpaz istinadlar

  • +Ər 6:25

Ərəmya 20:4

Çarpaz istinadlar

  • +Qn 28:32
  • +Ər 25:9; 39:9

Ərəmya 20:5

Çarpaz istinadlar

  • +2Pd 20:17; 24:11, 13; 25:13—15; Mrs 1:10
  • +2Sm 36:10; Ər 15:13

Ərəmya 20:6

Çarpaz istinadlar

  • +Ər 14:14; 28:15; 29:21

Ərəmya 20:7

Çarpaz istinadlar

  • +Hz 3:14; Mi 3:8
  • +Zb 22:7; Ər 15:10, 15

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    1/4/2007 s. 9

Ərəmya 20:8

Çarpaz istinadlar

  • +2Sm 36:16; Ər 6:10

Ərəmya 20:9

Çarpaz istinadlar

  • +1Pd 19:2, 4; Yn 1:3
  • +Ər 6:11; Am 3:8; Hv 4:19, 20

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/7/2010 s. 9

    15/2/2010 s. 7

    1/9/2000 s. 20

Ərəmya 20:10

Çarpaz istinadlar

  • +Zb 31:13
  • +Zb 38:16

Ərəmya 20:11

Çarpaz istinadlar

  • +Ər 1:8; Rm 8:31
  • +Zb 27:2; Ər 15:15, 20; 17:18
  • +Zb 6:10

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi»,

    15/3/2011 s. 30

Ərəmya 20:12

Haşiyələr

  • *

    Yaxud ən dərin duyğularını. Hərfən: böyrəklərini.

Çarpaz istinadlar

  • +Ər 17:10
  • +Zb 59:10; Ər 17:18
  • +Ər 11:20; 1Bt 2:23

Ərəmya 20:14

Çarpaz istinadlar

  • +Əy 3:3; Ər 15:10

Ərəmya 20:17

Çarpaz istinadlar

  • +Əy 10:18

Ərəmya 20:18

Çarpaz istinadlar

  • +Əy 3:20

Digər

Ərm. 20:22Sm 16:10
Ərm. 20:3Ər 6:25
Ərm. 20:4Qn 28:32
Ərm. 20:4Ər 25:9; 39:9
Ərm. 20:52Pd 20:17; 24:11, 13; 25:13—15; Mrs 1:10
Ərm. 20:52Sm 36:10; Ər 15:13
Ərm. 20:6Ər 14:14; 28:15; 29:21
Ərm. 20:7Hz 3:14; Mi 3:8
Ərm. 20:7Zb 22:7; Ər 15:10, 15
Ərm. 20:82Sm 36:16; Ər 6:10
Ərm. 20:91Pd 19:2, 4; Yn 1:3
Ərm. 20:9Ər 6:11; Am 3:8; Hv 4:19, 20
Ərm. 20:10Zb 31:13
Ərm. 20:10Zb 38:16
Ərm. 20:11Ər 1:8; Rm 8:31
Ərm. 20:11Zb 27:2; Ər 15:15, 20; 17:18
Ərm. 20:11Zb 6:10
Ərm. 20:12Ər 17:10
Ərm. 20:12Zb 59:10; Ər 17:18
Ərm. 20:12Ər 11:20; 1Bt 2:23
Ərm. 20:14Əy 3:3; Ər 15:10
Ərm. 20:17Əy 10:18
Ərm. 20:18Əy 3:20
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
Müqəddəs Kitab
Ərəmya 20:1—18

Ərəmya

20 Yehovanın evində baş nəzarətçi olan kahin İmmir oğlu Fəşhur da Ərəmyanın peyğəmbərlik etdiyi sözlərə qulaq asırdı. 2 O, Ərəmya peyğəmbəri döyüb Yehovanın evinin Yuxarı Binyamin darvazasında kündəyə saldı.+ 3 Amma səhəri gün Fəşhur Ərəmyanı kündədən çıxartdı. Ərəmya ona dedi:

«Yehova sənin adını Fəşhur* yox, Məcurmüssəbib* qoydu.+ 4 Çünki Yehova belə deyir: “Səni də, dostlarını da dəhşətə salacağam. Gözün görə-görə onlar düşmən qılıncına qurban gedəcəklər.+ Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, bəzilərini Babilə sürgün edəcək, bəzilərini qılıncdan keçirəcək.+ 5 Bu şəhərin var-dövlətini, sərvətini, qiymətli şeylərini, Yəhuda padşahlarının xəzinələrini düşmən əlinə verəcəyəm.+ Onları talan edəcəklər, götürüb Babilə aparacaqlar.+ 6 Sən isə, ey Fəşhur, ev əhlinlə birgə əsir gedəcəksən. Babilə gedib orada öləcəksən. Dostlarınla bərabər orada basdırılacaqsan. Çünki onlara yalan peyğəmbərliklər söyləyirsən”».+

 7 Ey Yehova, Sən məni aldatdın, mən də aldandım.

Sən məndən güclü oldun, mənə üstün gəldin.+

Bütün günü gülüş hədəfiyəm,

Hamı məni ələ salır.+

 8 Hər dəfə danışanda nalə çəkirəm,

«Zorakılıq, məhv!» deyib qışqırıram.

Yehovanın sözünə görə məni bütün günü

təhqir edirlər, ələ salırlar.+

 9 Mən dedim: «Bir də Onun adını çəkməyəcəyəm,

Onun adından danışmayacağam».+

Amma Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə alovlanan atəş oldu,

Onu saxlamaqdan yoruldum.

Dözümüm qalmadı.+

10 Çoxlu söz-söhbət eşitdim.

Hər tərəfi dəhşət bürümüşdü.+

«Onu ittiham edin, gəlin onu ittiham edək!» deyirdilər.

Mənə salamatlıq arzulayan hər kəs yıxılmağımı gözləyirdi.+

«Yəqin bir axmaqlıq edər,

Onda biz ona üstün gəlib, ondan intiqam alarıq».

11 Amma Yehova zəhmli bir cəngavər kimi mənimlə idi.+

Məni təqib edənlər büdrəyəcək, üstün gələ bilməyəcək.+

Onlar uğur qazanmayıb biabır olacaq,

Onların əbədi rüsvayçılığı heç vaxt unudulmayacaq.+

12 Sən, ey ordular Allahı Yehova, salehi yoxlayırsan,

İnsanın ən gizli fikirlərini*, ürəyini görürsən.+

Qoy onlardan alacağın intiqamı görüm,+

Çünki işimi Sənə tapşırmışam.+

13 Yehovanı nəğmədə tərənnüm edin! Yehovanı mədh edin!

O, məzlumu şər adamların əlindən qurtardı.

14 Kaş doğulduğum günə lənət olaydı!

Anam məni dünyaya gətirən gün qara gələydi!+

15 Atama «Oğlun oldu, oğlun!» deyə muştuluq gətirənə,

Onu sevindirənə

Lənət olsun!

16 Həmin adamı görüm Yehovanın heyifsilənmədən dağıtdığı şəhərlər kimi olsun!

Qoy o, səhər fəryad səsi, günorta döyüş çağırışı eşitsin.

17 Nə üçün məni anamın bətnində öldürmədi?

Onda anamın bətni mənə qəbir olardı,

Anam həmişəlik hamilə qalardı.+

18 Nə üçün anamın bətnindən çıxdım?

Əzab-əziyyət, qüssə-kədər görməyəmi?

Rüsvayçılıq içində ömrümü başa vurmağamı?+

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş