Nahum
1 Neynəvaya*+ qarşı hökm. Elqoşlu Nahumun* vəhy kitabı.
2 Yehova tam sədaqət tələb edən,+ qisası yerdə qoymayan Allahdır.
Yehova qisas alır, Onun qəzəbi kükrəyir.+
Yehova düşmənlərindən qisas alır,
Qəzəbini düşmənləri üçün saxlayır.
Onun yolu tufanın, qasırğanın içindən keçir,
Buludlar ayağının altında toz kimidir.+
Başan və Karmel saralıb-solur,+
Livan çiçəkləri soluxur.
5 O, dağları sarsıdır,
Təpələri əridir.+
Yer və torpaq,
Yer üzündə yaşayanlar Onun hüzurunda titrəyəcək.+
6 Onun hiddəti qarşısında kim dura bilər?+
Şiddətli qəzəbinə kim dözə bilər?+
Onun hiddəti od kimi tökülər,
Qayaları sarsıdar.
7 Yehova kəramətlidir,+ dar gündə möhkəm qaladır.+
Ona pənah gətirənləri tanıyır*.+
8 O, şəhəri* sel suları ilə məhv edəcək,
Zülmət Onun düşmənlərini izləyəcək.
9 Yehovaya qarşı nə fənd qura bilərsiniz?
O, sizin kökünüzü kəsəcək.
Fəlakət ikinci dəfə təkrar olmayacaq.+
10 Onlar tikan kimi bir-birinə dolaşıblar,
Pivədən sərxoş olanlara bənzəyirlər,
Amma quru küləş kimi yanıb külə dönəcəklər.
11 Yehovaya qarşı fitnə-fel düşünən,
Boş-boş məsləhətlər verən səndən çıxacaq.
12 Yehova deyir:
«Onlar güclü olsalar da, çoxsaylı olsalar da,
Məhv olacaqlar, kökləri kəsiləcək*.
Mən səni* vurmuşam, daha vurmayacağam.
13 Onların sənin üzərinə qoyduğu boyunduruğu sındıracağam,+
Sənin buxovlarını qıracağam.
14 Yehova sənin* barəndə əmr edir:
“Daha adını daşıyan övladın olmayacaq.
Allahlarının evindən oyma bütlərini, tökmə bütlərini məhv edəcəyəm.
Sənin üçün qəbir hazırlayacağam, çünki sən heçnəsən”.
15 Bax, müjdə gətirən sülh carçısının ayaqları dağları aşır.+
Ey Yəhuda, bayramlarını keçir,+
Nəzirlərini yerinə yetir,
Çünki daha içindən yaramaz adam keçməyəcək,
O, tamamilə məhv olacaq».