Hizqiyal
2 O, mənə dedi: «Ey bəni-adəm, qalx ayağa, səninlə danışacağam».+ 2 O, bu sözü deyəndə ruh daxilimə girdi və məni ayağa qaldırdı ki,+ mənimlə danışana qulaq asım.
3 O, sözünə davam edib dedi: «Ey bəni-adəm, Mən səni İsrail xalqının, Mənə asi çıxan üsyankar xalqların+ yanına göndərirəm.+ Onlar bu günə kimi Mənə qarşı çıxırlar. Ata-babaları da belə olub, özləri də belədirlər.+ 4 Səni ötkəm, inadkar oğulların yanına göndərirəm.+ Onlara deyəcəksən: “Külli-İxtiyar Yehova belə-belə deyir”. 5 Onlar isə, istəyirlər qulaq assınlar, istəyirlər asmasınlar (çünki üsyankar qövmdürlər),+ amma bir şeyi dəqiq biləcəklər — aralarında peyğəmbər olub.+
6 Sən isə, ey bəni-adəm, hərçənd tikanlar, qanqallar+ arasında*, əqrəblər içində yaşayırsan, onlardan qorxma,+ qoy sözləri səni ürkütməsin.+ Onların sözlərindən çəkinmə, sifətləri səni vahiməyə salmasın,+ axı onlar üsyankar qövmdürlər. 7 Qulaq assalar da, asmasalar da, sözümü onlara söyləməlisən, çünki onlar üsyankar xalqdırlar.+
8 Eşit nə deyirəm, ey bəni-adəm. Bu üsyankar qövm kimi, sən də üsyan eyləmə. Ağzını aç, sənə verəcəyim şeyi ye».+
9 Bu dəm baxıb gördüm ki, mənə sarı bir əl uzanır,+ içində də yazılı tumar.+ 10 O, tumarı qarşımda açanda gördüm ki, hər iki tərəfi yazılıdır.+ Orada mərsiyələr, fəryad və ağı yazılmışdı.+