Əyyub
24 Niyə Qüdrət Sahibi hökm vaxtını təyin etmir?+
Niyə Onu tanıyanlar Onun gününü* görmür?
2 Adamlar sərhəd nişanlarını dəyişdirir,+
Qoyun-quzuları oğurlayıb öz örüşlərinə aparır.
3 Yetim-yesirin ulağını aparırlar,
Dul qadının öküzünü girov götürürlər.+
4 Kasıb-kusubu itələyib yoldan salırlar.
Dünyanın fağırları gizlənməyə məcburdur.+
5 Kasıblar çöl eşşəyi+ kimi yemək axtarır,
Balaları üçün çöl-biyabanda çörək axtarır.
6 Başqasının tarlasında məhsul toplamalı olurlar*,
Şər adamın üzümlüyündə başaq yığırlar.
7 Gecə çılpaq yatırlar,+
Soyuqda üstlərini örtməyə heç nələri yoxdur.
8 Dağlarda yağan leysandan islanırlar,
Daldalanacaq tapmayıb qayaya sığınırlar.
9 Şər adamlar atasız uşağı döşdən ayırır.+
Yoxsulların paltarını girov götürürlər.+
10 Onları vadar edirlər ki, lüt, çılpaq,
Ac-yalavac taxıl dərzləri daşısınlar.
11 Günorta istidə bağ hasarları arasında əlləşirlər*,
Üzümsıxanda üzüm tapdalayır, özləri isə susuzluqdan yanırlar.+
12 Şəhərdən ölənlərin zarıltısı gəlir,
Ağır yaralanmış adamlar imdad diləyir,+
Allah isə bütün bunlara məhəl qoymur*.
Üzünü örtür.
16 Onlar qaranlıqda ev yarır,
Gündüz çölə çıxmır,
Gün işığından qaçır.+
17 Səhər onlar üçün zülmətə bərabərdir,
Axı zülmətin dəhşəti onlara tanışdır.
18 Di gəl, sel-su onları sürətlə aparır,
Torpaqları lənətlənəcək,+
Üzüm bağlarına qayıtmayacaqlar.
20 Anası onu unudacaq, torpaq qurdu bədənini yeyəcək,
Xatirələrdən silinəcək.+
Haqsızlıq ağactək qırılıb-sınacaq.
21 Günahkar adam sonsuz qadını soyub-talayır,
Dul qadına haqsızlıq edir.
22 Allah qoluzorluları qüdrəti ilə yıxacaq.
Yüksəlsələr də, onların həyatına zəmanət yoxdur.
24 Qısa müddətə ucalır, sonrasa yox olurlar.+
Aşağı salınırlar,+ hamı kimi, onları da yığırlar,
Sünbül kimi kəsirlər.
25 İndi kim məni yalançı çıxara bilər?
Kim sözümü təkzib edə bilər?»