Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • 1 Salnamələr 28
  • Müqəddəs Kitab

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

1 Salnamələrin məzmunu

      • Davudun məbəd tikintisi ilə bağlı nitqi (1—8)

      • Süleymana verilən göstərişlər; inşaat layihəsi (9—21)

1 Salnamələr 28:1

Çarpaz istinadlar

  • +1Sm 27:1
  • +Çx 18:25
  • +1Sm 3:1—9
  • +1Sm 27:25, 29
  • +1Sm 11:10

1 Salnamələr 28:2

Çarpaz istinadlar

  • +Zb 132:3—5
  • +1Sm 22:2—4

1 Salnamələr 28:3

Çarpaz istinadlar

  • +1Sm 17:4
  • +1Sm 22:7, 8

1 Salnamələr 28:4

Çarpaz istinadlar

  • +1İş 16:1, 13; 2İş 7:8; Zb 89:20
  • +Yr 49:10; 1Sm 5:2; Zb 60:7
  • +Rt 4:22
  • +1İş 13:14; 16:11, 12

1 Salnamələr 28:5

Çarpaz istinadlar

  • +1Sm 3:1—9
  • +1Sm 22:9
  • +1Sm 17:14; 2Sm 1:8

1 Salnamələr 28:6

Çarpaz istinadlar

  • +2İş 7:13, 14

1 Salnamələr 28:7

Çarpaz istinadlar

  • +Qn 12:1; 1Pd 6:12
  • +1Sm 17:13, 14; Zb 72:8

1 Salnamələr 28:8

Çarpaz istinadlar

  • +Qn 6:3

1 Salnamələr 28:9

Çarpaz istinadlar

  • +Qn 10:12
  • +1İş 16:7; 1Sm 29:17; Ms 17:3; Vh 2:23
  • +Qn 31:21; Zb 139:2
  • +Mt 7:7; İb 11:6; Yq 4:8
  • +Qn 31:17; 2Sm 15:2; İb 10:38

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Əbədi xoşbəxt həyat!», d. 58

    «Gözətçi qülləsi»,

    15/10/2008 s. 7

    1/5/2005 s. 14

1 Salnamələr 28:11

Haşiyələr

  • *

    Yaxud qapağın qoyulduğu otağın. Burada söhbət sandığın qapağından gedir.

Çarpaz istinadlar

  • +2Sm 3:4
  • +Lav 16:2; 1Pd 6:19

1 Salnamələr 28:12

Çarpaz istinadlar

  • +1Pd 6:36; 7:12
  • +1Sm 9:26; 26:20
  • +İb 8:5

1 Salnamələr 28:13

Çarpaz istinadlar

  • +1Sm 24:1

1 Salnamələr 28:15

Çarpaz istinadlar

  • +2Sm 4:7

1 Salnamələr 28:16

Haşiyələr

  • *

    Yəni hüzur çörəyinin.

Çarpaz istinadlar

  • +2Sm 4:8, 19

1 Salnamələr 28:17

Çarpaz istinadlar

  • +1Pd 7:48, 50

1 Salnamələr 28:18

Çarpaz istinadlar

  • +1Pd 7:48
  • +Zb 18:10
  • +Çx 25:20; 1İş 4:4; 1Pd 6:23

1 Salnamələr 28:19

Çarpaz istinadlar

  • +1Sm 28:11, 12
  • +Çx 25:9, 40

1 Salnamələr 28:20

Çarpaz istinadlar

  • +Qn 31:6; Yş 1:6, 9; Rm 8:31
  • +Yş 1:5

Söz göstəriciləri

  • Axtarış vəsaiti

    «Gözətçi qülləsi» (təlim),

    9/2017 s. 28—29, 32

1 Salnamələr 28:21

Çarpaz istinadlar

  • +1Sm 24:20
  • +1Sm 24:1
  • +Çx 36:1, 2
  • +1Sm 22:17; 28:1

Digər

1 Saln. 28:11Sm 27:1
1 Saln. 28:1Çx 18:25
1 Saln. 28:11Sm 3:1—9
1 Saln. 28:11Sm 27:25, 29
1 Saln. 28:11Sm 11:10
1 Saln. 28:2Zb 132:3—5
1 Saln. 28:21Sm 22:2—4
1 Saln. 28:31Sm 17:4
1 Saln. 28:31Sm 22:7, 8
1 Saln. 28:41İş 16:1, 13; 2İş 7:8; Zb 89:20
1 Saln. 28:4Yr 49:10; 1Sm 5:2; Zb 60:7
1 Saln. 28:4Rt 4:22
1 Saln. 28:41İş 13:14; 16:11, 12
1 Saln. 28:51Sm 3:1—9
1 Saln. 28:51Sm 22:9
1 Saln. 28:51Sm 17:14; 2Sm 1:8
1 Saln. 28:62İş 7:13, 14
1 Saln. 28:7Qn 12:1; 1Pd 6:12
1 Saln. 28:71Sm 17:13, 14; Zb 72:8
1 Saln. 28:8Qn 6:3
1 Saln. 28:9Qn 10:12
1 Saln. 28:91İş 16:7; 1Sm 29:17; Ms 17:3; Vh 2:23
1 Saln. 28:9Qn 31:21; Zb 139:2
1 Saln. 28:9Mt 7:7; İb 11:6; Yq 4:8
1 Saln. 28:9Qn 31:17; 2Sm 15:2; İb 10:38
1 Saln. 28:112Sm 3:4
1 Saln. 28:11Lav 16:2; 1Pd 6:19
1 Saln. 28:121Pd 6:36; 7:12
1 Saln. 28:121Sm 9:26; 26:20
1 Saln. 28:12İb 8:5
1 Saln. 28:131Sm 24:1
1 Saln. 28:152Sm 4:7
1 Saln. 28:162Sm 4:8, 19
1 Saln. 28:171Pd 7:48, 50
1 Saln. 28:181Pd 7:48
1 Saln. 28:18Zb 18:10
1 Saln. 28:18Çx 25:20; 1İş 4:4; 1Pd 6:23
1 Saln. 28:191Sm 28:11, 12
1 Saln. 28:19Çx 25:9, 40
1 Saln. 28:20Qn 31:6; Yş 1:6, 9; Rm 8:31
1 Saln. 28:20Yş 1:5
1 Saln. 28:211Sm 24:20
1 Saln. 28:211Sm 24:1
1 Saln. 28:21Çx 36:1, 2
1 Saln. 28:211Sm 22:17; 28:1
  • Müqəddəs Kitab
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
Müqəddəs Kitab
1 Salnamələr 28:1—21

Birinci Salnamələr

28 Davud İsrailin bütün başçılarını: qəbilə əmirlərini, padşaha qulluq edən bölük başçılarını,+ minbaşıları, yüzbaşıları,+ padşahla oğullarına+ məxsus əmlaka, mal-heyvana cavabdeh olanları,+ saray məmurlarını, igid və bacarıqlı kişiləri+ Yerusəlimə topladı. 2 Sonra Davud padşah ayağa qalxıb onlara xitab etdi:

«Məni dinləyin, ey qardaşlarım, ey xalqım. Çox istəyirdim ki, Allahımız üçün ev tikim. Bu ev Yehova Allahın Əhd sandığı üçün daimi məskən və Onun üçün kətil olsun.+ Hətta bundan ötrü hazırlıq da görmüşdüm.+ 3 Amma Allah mənə dedi: “Mənim adıma evi sən tikməyəcəksən,+ çünki sən müharibə adamısan, çoxlu qan tökmüsən”.+ 4 Bununla belə, İsrailin Allahı Yehova atamın evindən məni seçdi ki, həmişəlik İsrailin padşahı olum.+ O, başçı olaraq Yəhudanı seçmişdi.+ Yəhuda evindən atamın evini seçdi.+ Atamın oğulları arasında İsrailin padşahı kimi məni gördü.+ 5 Sonra Yehova mənə nəsib etdiyi çoxlu oğullar+ arasından Süleymanı+ seçdi ki, Yehovanın İsrail üzərindəki taxtında o otursun.+

6 O, mənə dedi: “Mənim evimi və həyətlərimi oğlun Süleyman tikəcək. Mən onu seçmişəm, o, Mənə oğul, Mən də ona Ata olacağam.+ 7 Əgər o, indiki kimi, əmrlərimə, hökmlərimə cidd-cəhdlə əməl etsə,+ taxt-tacını əbədilik bərqərar edəcəyəm”.+ 8 Bütün İsrailin, Yehovanın icmasının və Allahımızın önündə sizə deyirəm: Allahınız Yehovanın əmrlərini öyrənib onlara dəqiqliklə əməl edin ki, bu gözəl diyarda qalasınız+ və onu özünüzdən sonra övladlarınıza əbədi irs kimi ötürəsiniz.

9 Sən isə, oğlum Süleyman, atanın Allahını tanı, Ona sidqi-ürəkdən+, sevinclə xidmət et. Çünki Yehova ürəkləri araşdırır,+ insanın fikirlərindən, niyyətlərindən agahdır.+ Onu axtarsan, tapacaqsan.+ Amma Ondan üz döndərsən, O, səni əbədilik rədd edəcək.+ 10 Bax, Yehova səni seçib ki, müqəddəs məkan olacaq evi tikəsən. Cəsur ol, işə başla!»

11 Davud oğlu Süleymana eyvanın+, otaqların, anbar otaqlarının, yuxarı otaqların, içəri otaqların, kəffarə otağının*,+ 12 həmçinin Allahın ruhu ilə ona əyan olan hər şeyin — Yehovanın evinin həyətlərinin+, ətrafdakı yemək otaqlarının, Allahın evinin xəzinəsinin və müqəddəs edilmiş şeylərin qoyulduğu xəzinənin+ layihəsini+ verdi. 13 Bundan əlavə, ona kahinlərin və lavililərin bölüklərinə,+ Yehovanın evində görülən işlərə, Yehovanın evində işlədilən əşyalara aid göstərişlər verdi. 14 Həmçinin müxtəlif işlərdə istifadə olunacaq, qızıl və gümüş əşyalara sərf olunacaq qızılın və gümüşün çəkisini, 15 istifadəsindən asılı olaraq, düzəldiləcək qızıl və gümüş çıraqdanlar+ və onların çıraqları üçün qızılın və gümüşün çəkisini, 16 üst-üstə qoyulan çörəklərin* masaları+ üçün ayrı-ayrılıqda qızılın çəkisini, gümüş masalar üçün gümüşün çəkisini, 17 yabaların, kasaların, saf qızıldan dolçaların, qızıl və gümüş masquraların+ (ayrı-ayrılıqda hər masquranın) çəkisini, 18 buxur qurbangahı üçün saf qızılın çəkisini verdi.+ O həmçinin arabanı təmsil edən,+ qanadlarını açıb Yehovanın Əhd sandığına kölgə salan qızıl kərrublar+ üçün saf qızılın çəkisini verdi. 19 Davud dedi: «Yehovanın əli üzərimdə idi. O, layihəni+ təfsilatı ilə yazıya köçürmək üçün mənə anlayış verdi».+

20 Sonra Davud oğlu Süleymana dedi: «Cəsur ol, möhkəm ol, işə başla! Qorxma, təlaşa düşmə, Yehova Allah, mənim Allahım səninlədir.+ O, səni atmayacaq, tərk etməyəcək.+ Yehova evi ilə bağlı bütün işlər başa çatana qədər səninlə olacaq. 21 Budur, kahinlərin və lavililərin+ bölükləri+ Allahın evində xidmət etməyə hazırdır. Hər cür işi görməyə hazır olan peşəkar işçilər,+ habelə başçılar+ və bütün xalq əmrinə müntəzirdir».

Azərbaycan nəşrləri (1992-2025)
Çıxış
Daxil ol
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Настройки конфиденциальности
  • JW.ORG
  • Daxil ol
Paylaş