Əyyub
16 Əyyub belə cavab verdi:
2 «Bu cür sözləri çox eşitmişəm,
Siz təsəlli əvəzinə əzab verirsiniz!+
3 Bu boş-boş sözlərin sonu olacaq?
Nə üçün belə cavab verirsiniz?
4 Mən də sizin kimi danışa bilərdim.
6 Danışsam da, ağrım kəsmir,+
Sussam da, ağrım azalacaq ki?
7 İndi O, məni üzür,+
Kül-külfətimi qırıb-töküb.
8 Budur şəhadət — Sən əl atıb məni tutdun,
Belə ki, bu cılız bədənim qalxıb üzümə durdu.
9 Allahın qəzəbi məni didir, O, mənə ədavət bəsləyir,+
Mənə dişlərini qıcayır.
Düşmənimin baxışları məni dəlib-keçir.+
10 Onlar üstümə ağızlarını açıblar,+
Təhqir edib üzümə şillə vururlar,
Dəstə-dəstə əleyhimə toplaşırlar.+
11 Allah məni cahıl-cuhula təslim edir,
Pis adamların əlinə atır.+
14 Bədənimi dəlik-deşik edir,
Cəngavər kimi üstümə yüyürür.
16 Ağlamaqdan yanaqlarım qızarıb,+
Göz qapaqlarıma ölüm kölgəsi çöküb.
17 Hərçənd əlimdə zorakılıq yoxdur,
Duam da pakdır.
18 Ey torpaq, qanımın üstünü örtmə!+
Qoy fəryadım dinməsin!
19 Budur, şahidim göylərdədir,
Məndən ötrü şəhadət verən ucalardadır.
21 Qoy insanla Allah arasında kimsə hökm çıxarsın,
İki nəfər arasında olduğu kimi.+