Saylar
34 Yehova Musa ilə danışıb dedi: 2 «İsraillilərə belə göstəriş ver: “Siz Kənan torpağına+ girəndə irs olaraq alacağınız Kənan torpağının sərhədləri belə olacaq.+
3 Cənub sərhədiniz Sin səhrasından başlayıb Ədum boyunca uzanacaq. Şərq tərəfdə isə cənub sərhədiniz Şor dənizin* qurtaracağından başlayacaq,+ 4 sonra istiqamətini dəyişib Əqrəb yoxuşunun+ cənubundan keçərək Sinə doğru uzanacaq. Onun ucqar nöqtəsi Qədis-Barninin+ cənubu olacaq. Oradan Hazar-Addara+, sonra isə Əzmuna istiqamət alacaq. 5 Əzmunda Misir vadisinə tərəf dönəcək. Sərhədin qurtaracağı dəniz* olacaq.+
6 Qərb sərhədiniz Böyük dəniz olacaq. Bu, sizin qərb sərhədinizdir.+
7 Şimal sərhədiniz belə olacaq: sərhədi Böyük dənizdən Hur dağına, 8 Hur dağından Ləbu-Həməsə+ çəkin. Sərhəd Sadada+, 9 sonra isə Zifruna uzanacaq. Onun ucqar nöqtəsi Hazar-Eynən+ olacaq. Bu, sizin şimal sərhədinizdir.
10 Şərqdə sərhədinizi Hazar-Eynəndən Şəfəmə qədər çəkin. 11 Sərhəd Şəfəmdən Ayinin şərq tərəfində olan Riblaha* uzanacaq, sonra enib Kinarət dənizinin*+ şərqindəki yamaclardan keçərək 12 İordana çatacaq. Sərhədin qurtaracağı Şor dəniz+ olacaq. Ölkənizin+ sərhədləri belə olacaq”».
13 Bundan sonra Musa israillilərə belə buyurdu: «Bu, Yehovanın doqquz yarım qəbiləyə verməyi əmr etdiyi, püşklə bölüşdürəcəyiniz ölkədir.+ 14 Rubənlilər qəbiləsinin nəsilləri, Cadlılar qəbiləsinin nəsilləri, eləcə də Mənəssə qəbiləsinin yarısı artıq öz irs torpaqlarını alıblar.+ 15 İki yarım qəbilə İordan bölgəsinin şərqində, gündoğanda, Ərihanın yanında artıq öz irs torpaqlarını alıb».+
16 Yehova yenə Musa ilə danışıb dedi: 17 «Sahib olacağınız torpağı sizin üçün kahin Əlyazarla+ Nun oğlu Yuşə+ böləcək. 18 Həmçinin torpağı bölüşdürməyə kömək etmək üçün hər qəbilədən bir başçı təyin edin.+ 19 Bu işə təyin olunacaq başçılar bunlardır: Yəhuda qəbiləsindən+ Yufənna oğlu Kalib+, 20 Şəmun oğullarının qəbiləsindən+ Amihud oğlu Şamuil, 21 Binyamin qəbiləsindən+ Kəslun oğlu Əlidad, 22 Dan oğullarının qəbiləsindən+ Yolğu oğlu Buqqi, 23 Yusif oğullarından:+ Mənəssə oğullarının qəbiləsindən+ İfud oğlu Hənail, 24 Əfraim oğullarının+ qəbiləsindən Şiftan oğlu Qamuil, 25 Zəbulun oğullarının+ qəbiləsindən Pərnah oğlu Əlsəfan, 26 Yəsakir oğullarının+ qəbiləsindən Əzzan oğlu Fəltail, 27 Aşir oğullarının+ qəbiləsindən Səlumi oğlu Əxiud, 28 Niftalı oğullarının+ qəbiləsindən Amihud oğlu Fədail». 29 Yehova Kənan diyarında torpağı israillilərin arasında bölməyi bu adamlara həvalə etdi.+