Zəbur
Dirijora. «Zanbaqlar»* üçün. Qarun oğullarının məzmuru.+ Maskil*. Məhəbbət nəğməsi.
Dilim mahir bir xəttatın qələmi+ kimi olsun.+
Buna görə Allah sənə əbədi nemətlər verəcək.+
Sağ əlin heybətli işlər görəcək.
7 Salehliyi sevir,+ pisliyə nifrət edirsən,+
Buna görə Allah, sənin Allahın səni yoldaşlarından daha çox şadlıq yağı+ ilə məsh etdi.+
8 Bütün libasların mürr, əzvay, darçın ətri qoxur,
Şirmayı ilə bəzənmiş möhtəşəm sarayında telli alətlərin avazı səni xoşhal edir.
9 Mötəbər xanımlarının arasında padşah qızları var,
Ofir qızılı+ ilə bəzənmiş məlikə sağ yanında durur.
10 Qulaq as, qızım, diqqət ver, gör nə deyirəm,
Xalqını, ata evini unut.
12 Sur qızı əlində sovqat gələcək.
Varlı-dövlətlilər səndən iltifat diləyəcək.
13 Padşah qızı evdədir, cah-calal içində,
Zər naxışlı libasındadır.
14 Nəfis* libasında padşahın qarşısına çıxarılacaq.
Rəfiqələri, ardınca gedən qızlar da sənin hüzuruna gətiriləcək.
15 Onlar sevinclə, şadyanalıqla gətiriləcək,
Padşah sarayına girəcəklər.
17 Adını gələcək nəsillərə tanıdacağam.+
Xalqlar sənə əbədiyyən, sonsuzadək alqış deyəcək.