Zəbur
43 Ey Allah, Sən məni mühakimə et,+
Vəfasız xalqla çəkişməmi gör,+
Hiyləgərdən, xaindən qurtar məni,
2 Çünki Allahım, qalam Sənsən.+
Niyə məni tərk etdin?
Axı niyə düşməndən zülm görüb kədərli gəzməliyəm?+
3 Nurunu, həqiqətini göndər,+
Qoy mənə yol göstərsinlər,+
Müqəddəs dağına, möhtəşəm çadırına+ aparsınlar məni.
4 Onda Allahın qurbangahına gələrəm,+
Aşıb-daşan sevincimə, Allahıma yaxınlaşaram.
Çəng çalıb+ Səni tərənnüm edərəm ey Allahım, ey mənim Allahım!
5 Niyə qırılmısan, ey könlüm?
Niyə köksümdə çırpınırsan?