Zəbur
Yəhuda çölündə olarkən Davudun yazdığı məzmur.+
Quraq, cansıxıcı, susuz torpaqda
Sənə təşnə qalmışam.+
2 Müqəddəs məkanında Sənə baxardım,
Qüdrətini, əzəmətini görərdim.+
4 Sənə ömrüm boyu həmd edəcəyəm,
Əllərimi adınla göyə açacağam.
5 Canım ən yaxşı, yağlı tikələrlə doyar,
Sevinc nidaları ilə Sənə tərif söyləyəcəyəm.+
8 Könlüm Sənə bağlanıb,
Sağ əlin məni bərk-bərk tutar,+
9 Amma canıma qəsd quranlar
Yerin dərinliyinə girəcəklər.
10 Qılınca tuş gələcək,
Çaqqallara yem olacaqlar.
11 Padşahınsa sevinci Allah olacaq.
Allahın adına and içən hər kəs fəxr duyacaq,
Yalan danışanların ağzı yumulacaq.