Zəbur
Dirijora. Simli alətlərin müşayiətilə. Məzmur.
67 Allah bizə lütf göstərəcək, xeyir-bərəkət verəcək,
Üzünün nurunu üstümüzə salacaq.+ (Selah)
3 Qoy xalqlar Səni mədh etsin, ey Allah,
Bütün xalqlar bir ağızdan Səni mədh etsin.
4 Qoy xalqlar şadlansın, sevinc sədaları yüksəltsin,+
Çünki Sən ümmətləri ədalətlə mühakimə edəcəksən,+
Yer üzündə xalqlara rəhbərlik edəcəksən. (Selah)
5 Qoy xalqlar Səni ucaltsın, ey Allah,
Bütün xalqlar bir ağızdan Səni ucaltsın.
7 Allah bizə xeyir-bərəkət verəcək,
Dünyanın dörd tərəfində yaşayanlar Ondan qorxacaq.+