Zəbur
Qarun oğullarının məzmuru.+
48 Yehova böyükdür, Allahımızın şəhərində,
Müqəddəs dağında böyük təriflərə layiqdir.
3 Onun qala bürclərində
Allah Özünü sığınacaq kimi göstərdi.+
4 Bax, padşahlar birləşdilər,
Bir yerdə gəldilər,
5 Şəhəri görəndə çaşıb qaldılar,
Təlaşa düşdülər, qorxub qaçdılar.
6 Canlarına vicvicə düşdü,
Hamilə qadıntək onları sancı tutdu.
7 Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçalayırsan.
8 Qulağımız eşidənləri, indi gözümüz görür,
Ordular Allahı Yehovanın şəhərində, Allahımızın şəhərində.
Allah onu əbədiyyən hifz edəcək.+ (Selah)
9 Ey Allah, məbədində dayanıb
Sənin məhəbbətin barədə düşündük.+
10 Adın kimi, Sənə deyilən təriflər də
Yerin hüdudlarına çatır.+
Sağ əlin haqq-ədalətlə doludur.+