Zəbur
Dirijora. Yaditun*+ üçün. Davudun məzmuru.
Şər adam önümdə durduqca
Ağzıma cilov vuraram».+
2 Dilimi saxladım, susdum,+
Yaxşı şeylərdən belə, danışmadım.
Amma dərdim ağırlaşdı,
3 Qəlbim köksümdə közərdi,
Fikirləşdikcə alışıb yandı,
O zaman dilimdən bu sözlər qopdu:
4 «Ah Yehova, axırım necə olacaq, mənə bildir,
Ömrümdən nə qədər qalıb?+
De bilim, ömrüm nə qədər qısadır?
İnsan yıxılmaz görünsə də, sadəcə bir nəfəsdir.+ (Selah)
6 Bəli, insan kölgətək gəzib–dolaşır,
Boş yerə əlləşib vuruşur,
Var-dövlət yığır, kimə qalacağını bilmir.+
7 Belə isə, ey Yehova, ümidimi nəyə bağlayım?
Ümidim bircə Sənsən.
8 Bütün təqsirlərimdən keç,+
Qoyma axmaq adam məni xar etsin.
10 Göndərdiyin bəlanı üstümdən götür,
Amansız əlindən canımda can qalmayıb.
11 Sən insanı günahına görə cəzalandırıb islah edirsən,+
Ona əziz şeyləri məhv edirsən, sanki, güvə yeyir.
Doğrudan da, insan sadəcə bir nəfəsdir.+ (Selah)
13 Kükrəyən qəzəbini məndən yan eylə,
Qoy ölüb getməzdən əvvəl üzüm gülsün».